cümə axşamı 27 noyabr 2025 - 13:49
İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur

Hövzə/ Höccətül-İslam vəl-müslimin Abbasi “İnqilabçılıq meyarları” adlı əsərin təqdimat mərasimində vurğuladı ki, bu gün inqilabçılıq xüsusi və seçilən bir kimliyə çevrilmişdir. Bu kimlik həm yenidən elmi şəkildə tərif edilməyə və dəqiq təhlilə, həm də təhriflərdən qorunmağa ehtiyac duyur.

Hövsə Xəbər Agentliyinin məlumatına görə, Elmi Hövzələrin tədqiqatlar üzrə müavini Höccətül-İslam vəl-müslimin Fərhad Abbasi Elmi Hövzənin sənədlər mərkəzində keçirilən “İmam Xameneinin düşüncəsində və İslam İnqilabının seçkin şəhidlərinin həyat yolunda inqilabçılıq meyarları” adlı əsərin təqdimat mərasimində, müasir dövrdə inqilabçılığın yeri və önəmi haqqında danışaraq bildirmişdir: Bu gün inqilabçılıq xüsusi və seçilən bir kimliyə çevrilmişdir. Bu kimlik həm dəqiq və elmi şəkildə yenidən tərif olunmağa ehtiyac duyur, həm də təhriflərdən qorunmalıdır.

Hövzə rəsmisi bu kimliyin qorunmasının zəruriliyini vurğulayaraq əlavə etmişdir ki, unutqanlıq və hər cür təhrifin qarşısını almaq məqsədilə bu xüsusi kimlik elmi əsaslarla mühafizə olunmalı, düzgün şəkildə tərif edilməlidir.

Höccətül-İslam Abbasi inqilabçı kimliyin qorunması üçün lazım olan ilkin şərtlərə toxunaraq demişdir: Himayə elm tələb edir. Bu elm son qırx yeddi ildə İslam İnqilabının bərəkəti, baş verən hadisələr, inqilabçılığın meyarları, inqilabçı olanlar, inqilabçı görünüb əslində belə olmayanlar, eləcə də inqilabçılığın müxtəlif meydanlarda üzləşdiyi çətinliklər və etirazlar bütün bunların toplam təcrübəsi əsasında formalaşmışdır.

O, tarixi analoji nümunəyə işarə edərək qeyd etmişdir: İmam Əlinin (ə) beş ilə çatmayan hakimiyyəti belə şiə kimliyini formalaşdırdı və bu kimlik min dörd yüz ildir ki, müzakirə edilir. Eyni şəkildə inqilabçı kimlik də belə bir izaha və köklü bəyana ehtiyac duyur.

İmam Xomeyni və İslam İnqilabının Ali Rəhbərinin düşüncəsində inqilabçılıq meyarları açıqlanmışdır

Höccətül-İslam Abbasi vurğulamışdır ki, son qırx yeddi il ərzində İmam Xomeyni (r), Ali Rəhbər və şəhidlərin fəaliyyəti ilə İslam kimliyinə inqilabi baxış aydın şəkildə izah edilmiş və cəmiyyətə təqdim olunmuşdur.

O, bu anlayışın banilərinə toxunaraq əlavə etmişdir: Bu məfhumlar inqilabın banisi olan İmam tərəfindən, həmin məktəbin sadiq yetirməsi və bu kimliyin qoruyucusu olan  İslam İnqilabının Ali Rəhbəri tərəfindən, həmçinin ruhaniyyətin yetişdirdiyi şəhidlər vasitəsilə mükəmməl şəkildə şərh edilmişdir.

Elmi Hövzələrin tədqiqatlar üzrə müavini bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayaraq belə demişdir: Bu kimliyin qorunması təkcə qırx yeddi ildir davam edən və inşallah zühuradək dünyanı əhatə edəcək İnqilab üçün deyil, həm də bu kimliyin daşıdığı dərin mənəvi və tarixi əsillik səbəbindən davamlı şəkildə izah, yenidən oxunuş və elmi bərpa tələb edir.

O, bu meyarların əsas mənbələrinə toxunaraq bildirdi: Qurani-Kərim, sünnə, Peyğəmbər (s) və Əhli-beytin (ə), xüsusilə də Əmirəl-möminin (ə) həyat yolu ilə yanaşı, bütün bunların sırasında ən mötəbər istinad nöqtələrindən biri də İslam İnqilabının Ali Rəhbərinin buyuruqları, böyük və əziz İmamımızın irsi və şəhidlərimizin parlaq nurudur. Biz hamımız bu böyük şəxsiyyətlərin nuraniyyətinə borcluyuq.

“İnqilabçılıq meyarları” adlı kitab ölkədə yeni bir cərəyan yarada bilər.

Höccətül-İslam vəl-Müslimin Abbasi vurğulamışdır ki, bu əsər məktəblər və vilayətlərin idarəçilik səviyyəsində azad düşüncə kürsülərinin təşkili ilə inqilabi kimliyin yenidən tərif olunmasına ciddi töhfə verə bilər.

O, kitabın əhəmiyyətinə toxunaraq qeyd etmişdir: İnşallah, bu əsər inqilabi kimliyin yenidən izahı və bu kimliyə yönəlik cəlbediciliyin artırılması üçün hazırlanmış nümunəvi işlərdən biri kimi geniş şəkildə istehsal edilməli və elmi istinad mənbəyinə çevrilməlidir.

Hövzə rəsmisi Elmi Hövzələrin rolunu vurğulayaraq əlavə etmişdir: İslam İnqilabının anası olan Hövzənin bundan sonra da inqilabın qoruyucusu olaraq qalması üçün bu kimi əsərlərin hazırlanması son dərəcə zəruridir.

Höccətül-İslam Abbasi bir təklif də irəli sürərək bildirmişdir: Bu kitab ölkə miqyasında elmi müzakirələr və azad düşüncə kürsüləri şəklində, müxtəlif məktəblərdə və vilayət idarəçilik strukturlarında təqdim oluna bilər.

Elmi Hövzələrin tədqiqatlar üzrə müavini çıxışının sonunda ümidvar olduğunu bildirərək buyurmuşdur: İnşallah, bu məzmun və mahiyyətdə əsərlərin geniş miqyaslı şəkildə qələmə alınması üçün yeni bir hərəkat başlada bilək.

Xəbərin sonu

İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur.

İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur.

İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur.

İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur.

İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur.

İnqilabçılıq elmi yenidən tərifə və təhriflərdən qorunmağa ehtiyac duyur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha